Beynəlxalq təlim proqramına qeydiyyat başladı


Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) “Müasir mətbuat xidməti: nəzəriyyə və təcrübə” təlimi proqramına qeydiyyat başladı.

Proqram 48 saat üçün nəzərdə tutulub. Proqram çərçivəsində dinləyicilər mətbuatla əlaqələr nəzəriyyəsi, yeni yanaşmalar, və praktiki tərəfləri, müasir mətbuat xidmətlərinin strukturu və iş prinsipləri ilə tanış olacaqlar. Təlim zamanı dinləyicilər ölkənin aparıcı şirkətləri, dövlət qurumları, banklarına görüşlərdə olacaq, onların mətbuat xidmətlətinin strukturu və iş prinsipləri ilə tanış olacaqlar. Təlimçi Alibayov Kommunikasiya və Konsaltinq şirkətinin təsisçisi və rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti və Azərbaycan proqramları üzrə koordinatoru Vəli Əlibəyovdur. Ondan savayı, təlim prosesinə mövzulara uyğun olaraq qonaq təlimçilər də dəvət ediləcək. Təlimin sonunda imtahanda uğurlu nəticə göstərən dinləyicilərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Bakıya gələcək ekspertləri tərəfindən Ustad Dərsinin keçirilməsi də nəzərdə tutulur. İmtahandan keçməyən və üzürlü səbəb olmadan təlimin 20 faizində iştirak etməyən dinləyicilərə sertifikat verilməyəcək və ödənişləri geri qaytarılmayacaq.
Təlimlər şənbə və bazar günləri keçiriləcək. 1 qrupda dinləyicilərin maksimum sayı 8 nəfərdir. İlk dərs fevral ayının 3-də baş tutacaq. Təlimlərin keçirilmə vaxtı: şənbə günləri – 19-00, bazar günləri – 14-00. Təlimlərin keçirilmə yeri barədə əlavə məlumat veriləcək.

Təlimdə iştirak ödənişlidir: 580 AZN (Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun sertifikatı)
380 AZN (Alibayov Kommunikasiya və Konsaltinq şirkətinin sertifikatı)
Ödəniş nağd və köçürmə yolu ilə mümkündür.
Hissə-hissə ödəniş mümkündür.
Feavral qrupuna qeydiyyatın son tarixi 26.01.2018

Qeydiyyat: https://docs.google.com/forms/d/1ymAlRIv_IIgNMGw_ysSOtynskHYJv4zYo4tPLYCCI7Q/edit