İctimaiyyətlə əlaqələr sahəsində yeni beynəlxalq proqram


Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) “Müasir mətbuat xidməti: nəzəriyyə və təcrübə” təlimi proqramına QEYDİYYAT başladı. Proqram 60 saat üçün nəzərdə tutulub. Proqram çərçivəsində dinləyicilər ictimaiyyətlə əlaqələrin nəzəriyyəsi, yeni yanaşmalar, və praktiki tərəfləri ilə tanış olacaqlar. Təlim zamanı dinləyicilər ölkənin aparıcı şirkətləri, dövlət qurumları, banklarına görüşlərdə olacaq, onların ictimaiyyətlə əlaqələr bölmələrinin strukturu və iş prinsipləri ilə tanış olacaqlar. Təlimçi Alibayov Kommunikasiya və Konsaltinq şirkətinin təsisçisi və rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti və Azərbaycan proqramları üzrə koordinatoru Vəli Əlibəyovdur. Ondan savayı, təlim prosesinə mövzulara uyğun olaraq qonaq təlimçilər də dəvət ediləcək. Təlimin sonunda imtahanda uğurlu nəticə göstərən dinləyicilərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Bakıya gələcək ekspertləri tərəfindən Ustad Dərsinin keçirilməsi də nəzərdə tutulur. İmtahandan keçməyən və üzürlü səbəb olmadan təlimin 20 faizində iştirak etməyən dinləyicilərə sertifikat verilməyəcək və ödənişləri geri qaytarılmayacaq.
Təlimlər şənbə və bazar günləri keçiriləcək. 1 qrupda dinləyicilərin maksimum sayı 8 nəfərdir. İlk dərs fevral ayının 3-də baş tutacaq. Təlimlərin keçirilmə vaxtı: şənbə günləri – 16-00, bazar günləri – 10-00. Təlimlərin keçirilmə yeri barədə əlavə məlumat veriləcək.

Təlimdə iştirak ödənişlidir: 680 AZN (Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun sertifikatı)
480 AZN (Alibayov Kommunikasiya və Konsaltinq şirkətinin sertifikatı)
Ödəniş nağd və köçürmə yolu ilə mümkündür.
Hissə-hissə ödəniş mümkündür.
Fevral qrupuna qeydiyyatın son tarixi 26.01.2018

Qeydiyyat üçün: https://docs.google.com/forms/d/1Ri-GlXDo_DD2SeGapdedPFrGTNYXFLYCrMO1mKEPsRU/edit#response=ACYDBNgtMUh05WxgzoVTkSjb-LycBTZRM1jJv9MM7KvBccgBpqOVST8lHd1WsA